Sarayda anasını qətlə yetirməyə cəhd edən şəxsə hökm oxundu

Abşeron rayonunun Saray qəsəbəsində anasını qətlə yetirməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

Sumqayit.tv Teleqrafi.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Ayazın (ad şərtidir) anası Könülə (ad şərtidir) yaşadığı evdə çoxsaylı bıçaq zərbələri endirməsi ilə baş verib.

İstintaq materiallarına əsasən, qadın hadisədən təxminən bir il əvvəl ailədaxili problemlər səbəbindən həyat yoldaşı və övladlarından ayrılaraq Saray qəsəbəsində atasından miras qalan evdə tək yaşamağa başlayıb. Zərərçəkmiş ifadəsində həyat yoldaşı və iki oğlunun narkotik vasitələrdən istifadə etdiyini, onların təzyiq və təhqirlərinə tab gətirə bilmədiyi üçün evi tərk etdiyini bildirib.

Təqsirləndirilən şəxs isə ifadəsində anasının ailədən uzaqlaşmasını qəbul edə bilmədiyini, onun başqa həyat seçdiyini düşündüyünü və bu səbəbdən qisas almaq qərarına gəldiyini deyib. Hadisə günü anasının evinə gedən Ayaz əvvəlcə onunla mübahisə edib, daha sonra mətbəxdən götürdüyü bıçaqla qadına hücum edib.

Məhkəmə materiallarına görə, qadına bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 13 bıçaq zərbəsi endirilib. Yaralı qadın oğlunun əlindən qaçaraq küçəyə çıxıb və ətrafdakı insanlardan kömək istəyib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatı xilas olunub.

İş üzrə dindirilən zərərçəkmiş ailədə uzun müddət davam edən narkotik asılılığı, zorakılıq və maddi çətinliklərdən danışaraq, yaşadığı ağır şəraitə görə evdən ayrıldığını bildirib.

Ayaz barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmədə özünü qismən təqsirli bilsə də, anasını öldürmək niyyətində olmadığını iddia edib.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


9-07-2026, 18:32 98

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098