Xırdalan bələdiyyəsinin sabiq sədri məhkəmə qarşısına çıxarılır

Xırdalan bələdiyyəsinin keçmiş sədri Orxan Musayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilib.

Sumqayit.tv xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Orxan Musayevin 2020-2025-ci illərdə Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə qanunsuz əməllərə yol verdiyi müəyyən olunub.

İstintaqla onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xırdalan bələdiyyəsinə məxsus 1,92 hektar torpaq sahəsini 75 nəfərə qanunvericiliklə müəyyən edilmiş qiymətdən aşağı qiymətə satdığı və bunun nəticəsində 600 min manatdan artıq ziyan vurduğu bildirilib.

Bundan başqa, istintaq zamanı Orxan Musayevin qulluq mövqeyindən istifadə etməklə külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israf etmə yolu ilə talaması, eləcə də tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair faktların da aşkar edildiyi qeyd olunub.

Toplanmış sübutlar əsasında Orxan Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


9-07-2026, 15:32 47

Digər xəbərlər

Şəhid mayorun oğlu tələbə adını qazandı – atasının adını qürurla yaşadır-FOTO

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 20:10
Dünən, 15:09
Dünən, 14:51
Dünən, 14:11
Dünən, 13:26
Dünən, 12:55
Dünən, 12:05
Dünən, 10:52
Dünən, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
25-08-2026, 12:29
25-08-2026, 12:25
25-08-2026, 11:46
25-08-2026, 11:43
25-08-2026, 11:39
25-08-2026, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1102