Sumqayıtda növbəti səyyar qəbul keçirildi-VİDEO

 
Sumqayıt şəhərində sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və qaldırılan məsələlərin operativ həlli məqsədilə növbəti səyyar qəbul təşkil olunub.

Sumqayit.tv xəbər verir ki, görüşdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, şəhərdə son illər həyata keçirilən abadlıq və yenidənqurma layihələri Sumqayıtın inkişafına mühüm töhfə verib. Onun sözlərinə görə, şəhər rəhbərliyinin tapşırıqlarına uyğun olaraq məhəllələrin abadlaşdırılması, yolların və səkilərin yenilənməsi, park və istirahət məkanlarının salınması, eləcə də yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Teymur Səmədov qeyd edib ki, həyata keçirilən layihələrin əsas məqsədi sakinlərin rahatlığını təmin etmək, uşaqların təhlükəsiz istirahəti və şəhər mühitinin daha da yaxşılaşdırılmasıdır.

Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov bildirib ki, şəhərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sakinlərin müraciət və təklifləri nəzərə alınmaqla icra edilir. O vurğulayıb ki, hər bir müraciət aidiyyəti qurumlarla birgə araşdırılır və həlli istiqamətində zəruri addımlar atılır.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov isə ağsaqqalların cəmiyyət həyatındakı rolundan danışaraq, sakinlərlə daim əlaqə saxladıqlarını və onların sosial məsələlərinin həllinə dəstək verdiklərini bildirib.

Görüş zamanı sakinlər şəhərdə həyata keçirilən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər. Eyni zamanda, yaşadıqları ərazilərdə mövcud olan bəzi kommunal və sosial problemləri də səsləndiriblər.

Qaldırılan məsələlərin bir hissəsinin yerində araşdırılaraq həll edildiyi, digər müraciətlərin isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürüldüyü bildirilib.


9-07-2026, 19:38 48

Digər xəbərlər

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1102