Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirildi

Azərbaycanda qumar oyunlarının təşkili və keçirilməsinə görə nəzərdə tutulan cəzalar sərtləşdirilir.

Sumqayit.tv  xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, qumar oyunları internet, mobil rabitə şəbəkəsi, sosial media platformaları və digər elektron vasitələrlə təşkil edildikdə, yetkinlik yaşına çatmayanların bu oyunlara cəlb olunmasına yol verildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya xeyli miqdarda gəlir əldə edildikdə daha ağır cəzalar tətbiq olunacaq.

Bu hallarda təqsirli şəxslər cinayət nəticəsində əldə olunmuş gəlirin iki mislinədək məbləğdə cərimə, 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Bundan əlavə, əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, yaxud külli miqdarda gəlir əldə edildikdə 3 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qanuna edilən dəyişikliklə həmçinin qumar oyunlarının təkrar təşkili və keçirilməsi, yetkinlik yaşına çatmayanların bu fəaliyyətə cəlb olunması, eləcə də xeyli, külli və xüsusilə külli miqdarda gəlir əldə olunması hallarında da cəzalar sərtləşdirilib. Yeni qaydalara əsasən, bu əməllərə görə azadlıqdan məhrumetmə müddəti 5 ildən 8 ilədək artırılıb.


10-07-2026, 13:05 51

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098