Bakı-Tbilisi qatarında sərnişin yerlərinin sayı artırılır – Daha ucuz biletlər satışda

 
Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq.

Sumqayit.tv xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) məlumat yayıb.

Bildirilib ki, 10 iyul 2026-cı il tarixindən etibarən marşrut üzrə hərəkət edən qatarların tərkibinə ölkədaxili marşrutlarda istifadə olunan 3 ədəd standart+ tipli yataq vaqonu əlavə ediləcək.

Bununla da hər reys üzrə 104 əlavə sərnişin yeri yaradılacaq və qatarın ümumi tutumu 178 yerdən 282 yerə çatdırılacaq.

ADY-nin məlumatına görə, əlavə vaqonlara biletlərin satışı artıq başlayıb. Standart+ vaqonlarında gediş haqqı hazırda istifadə olunan "Stadler" vaqonları ilə müqayisədə daha münasib olacaq. Bakı-Tbilisi marşrutu üzrə minimum bilet qiyməti 65,20 manat, Gəncədən 49,30 manat, Yevlaxdan 53,30 manat, Ağstafadan isə 45,30 manat təşkil edəcək.

Qeyd olunub ki, yeni vaqonlarda ödənişsiz baqaj norması 36 kiloqram müəyyən edilib. Sərnişinlərin rahatlığı üçün vaqonlarda səyyar keytrinq, yəni mobil satış xidməti də təşkil olunacaq.

ADY-nin açıqladığı statistikaya əsasən, 25 may – 6 iyul tarixlərində Bakı-Tbilisi-Bakı marşrutu üzrə 25 minə yaxın bilet satılıb, 14 minə yaxın sərnişin daşınıb. Səyahət edənlərin təxminən 40 faizi Gəncə, Yevlax, Ağstafa və digər bölgələrdən qatara minib.

Məlumata görə, 2026-cı ilin ilk altı ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5,4 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz artım deməkdir.

 

 

 

 


7-07-2026, 16:27 33

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083