Azərbaycanda kraudfandinq platformalarına Mərkəzi Bank nəzarət edəcək

Azərbaycanda kraudfandinq platformalarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilib.

Sumqayit.tv xəbər verir ki, "Kraudfandinq haqqında" yeni qanun layihəsinə əsasən, kraudfandinq platformalarını yalnız Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilmiş operatorlar idarə edə biləcəklər.

Layihəyə görə, operatorlar məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılacaq. Onların minimum nizamnamə kapitalı, məcmu kapitalı, daxili idarəetmə sistemi, texniki təhlükəsizlik standartları və fəaliyyət qaydaları Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.

Sənəddə maraqlar münaqişəsinin qarşısının alınması, platformalarda yerləşdirilən layihələrin şəffaflığının təmin olunması, investorların məlumatlandırılması və maliyyə hesabatlarının açıqlanması ilə bağlı yeni tələblər də öz əksini tapıb.

Bundan başqa, operatorların öz platformalarında yerləşdirilən layihələrin sahibi olmaları qadağan edilir. Onlara yalnız qanunla müəyyən edilən məhdud həcmdə investisiya yatırmağa icazə veriləcək.

Qanun layihəsinə əsasən, kraudfandinq sahəsində dövlət tənzimlənməsi və nəzarəti tam şəkildə Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçiriləcək.

Layihə Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


7-07-2026, 12:54 51

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102