
Bakı–Sumqayıt avtomobil yolunda gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tv Apa.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində "Lada", "KamAZ", "Chevrolet", "Ford" və "Mercedes" markalı beş avtomobil bir-biri ilə toqquşub.
Qəza zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları, polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu gün, 12:14
8