
Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində "Sağlam məhəllə" layihəsi çərçivəsində yaradılan növbəti idman zonası sakinlərin istifadəsinə verilib.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən layihə çərçivəsində salınan idman məkanında minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, eləcə də açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. Nazir idman qurğularında məşq edən uşaqlar və məhəllə sakinləri ilə görüşərək onlarla söhbət edib.
Qeyd edək ki, "Sağlam məhəllə" layihəsi ölkədə sağlam həyat tərzinin təşviqi, kütləvi idmanın inkişafı və insanların idman infrastrukturu ilə təmin olunması məqsədilə həyata keçirilir. Bu günədək Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 22 "Sağlam məhəllə" istifadəyə verilib.








6-07-2026, 17:07
30