Azərbaycan Rusiyaya nota verdi – Səfir XİN-ə çağırıldı

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iyulun 5-i axşam saatlarında Ukraynanın Mıkolayiv vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilib və müvafiq nota təqdim olunub.

XİN qeyd edib ki, bu, SOCAR-ın Ukraynadakı obyektlərinə qarşı ilk hücum deyil. Bundan əvvəl qazpaylayıcı kompressor stansiyası və Odessa şəhərində yerləşən neft bazası da hərbi zərbələrə məruz qalıb. Hücumlar nəticəsində şirkətə ciddi maddi ziyan dəyib, əməkdaşlar arasında yaralananlar olub.

Məlumatda vurğulanıb ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu cür halların davam etməsi hücumların məqsədyönlü xarakter daşıdığına işarə edir.

Görüş zamanı Azərbaycanın Kiyevdəki səfirliyi və Xarkov şəhərində fəaliyyət göstərən Fəxri Konsulluğun binalarının da bir neçə hava zərbəsi nəticəsində zərər gördüyü diqqətə çatdırılıb. Diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmazlığının təmin edilməsinin Vyana Konvensiyaları çərçivəsində beynəlxalq öhdəlik olduğu xatırladılıb.

Sonda Rusiya tərəfi baş vermiş bütün hadisələrin hərtərəfli araşdırılmasına, rəsmi izahat verilməsinə, eləcə də mülki obyektlərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırılıb.


6-07-2026, 16:28 73

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102