Donald Tramp Ankaraya gəldi – Ərdoğanla görüş gözlənilir-FOTO

ABŞ Prezidenti Donald Trump NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Türkiyənin paytaxtı Ankaraya gəlib.

Sumqayit.tv xəbər verir ki, Donald Trampı daşıyan "Air Force One" təyyarəsi Ankara Hava Limanına eniş edib. ABŞ nümayəndə heyətini daşıyan təyyarə isə bundan bir neçə dəqiqə əvvəl paytaxta çatıb.

Məlumata görə, Tramp NATO Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Liderlərin Prezident Sarayında keçirilməsi planlaşdırılan görüşündə NATO-nun gündəliyi, Türkiyə–ABŞ münasibətləri və regional proseslərin müzakirə olunacağı gözlənilir.

ABŞ nümayəndə heyətinin tərkibində dövlət katibi Marko Rubio, Xəzinədarlıq naziri Skott Bessent, müdafiə naziri Pit Heqset, eləcə də Ağ Evin yüksəkvəzifəli rəsmiləri və prezidentin müşavirləri yer alır.

NATO Zirvəsi ilə əlaqədar Ankarada təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Şəhərin əsas yolları, hava limanı və dövlət başçılarının hərəkət marşrutları polis və jandarma qüvvələrinin nəzarətinə götürülüb.

Rəsmi məlumata əsasən, sammitin təhlükəsizliyinin təmin olunmasına ümumilikdə 56 min təhlükəsizlik əməkdaşı, o cümlədən 49 min polis7 min jandarm cəlb edilib.

 

 

 

 

 

 

 

 


7-07-2026, 16:36 60

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102