
Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadının səhhəti ilə bağlı açıqlama verilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 6-da saat 21:30 radələrində Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1977-ci il təvəllüdlü qadın Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Həkimlərin müayinəsi zamanı pasiyentə sol diz oynağının və döş qəfəsinin küt travması diaqnozları qoyulub. Ona zəruri tibbi yardım göstərilib.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən qadın ambulator müalicə üçün evə buraxılıb.
Bu gün, 14:22
8