Sumqayıtda sakinlər tullantılarla bağlı narazılıq edirlər: “Pəncərəni aça bilmirik”

 
Sumqayıtın 40-cı məhəlləsində yaşayan sakinlər məişət tullantılarının yığılması ilə bağlı narazılıqlarını bildirirlər.

Sumqayit.tv-yə müraciət edən sakinlərin sözlərinə görə, ərazi vaxtaşırı təmizlənsə də, qısa müddət sonra yenidən tullantılar yığılır. Onlar iddia edirlər ki, yaxınlıqdakı bəzi obyektlər də məişət tullantılarını həmin əraziyə atır.

Sakinlər bildirirlər ki, zibil maşını konteynerləri boşaltsa da, konteynerlərin ətrafına səpələnmiş tullantılar yerində qalır. Bu isə xüsusilə isti havalarda xoşagəlməz qoxunun yaranmasına səbəb olur.

“Bura 40-cı məhəllədir. Arada gəlib təmizləyirlər, amma yenə də eyni vəziyyət yaranır. Ətrafdakı obyektlərin hamısı tullantıları bura gətirib atır. Zibil maşını yalnız konteyneri boşaldır, yerdə qalan zibillər isə yığışdırılmır. Qoxudan pəncərəni açmaq mümkün olmur”, – deyə sakinlər bildiriblər.

Müraciətə əsasən, söhbət 40-cı məhəllədə, Hərbi Komissarlığın qarşısında yerləşən ərazidən gedir. Sakinlər problemin aradan qaldırılması və ərazidə mütəmadi təmizlik işlərinin aparılmasını xahiş edirlər.

Qeyd: Məsələ ilə bağlı Sumqayıt Şəhər Təmizlik Departamentinin mövqeyini dərc etməyə hazırıq.


4-07-2026, 17:31 107

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083