Sumqayıt şəhərində otluq ərazidə yanğın baş verib.

Sumqayit.tv-yə daxil olan məlumata görə, hadisə şəhərin 17-ci mikrorayonunda, Olimpiya Kompleksinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, otluq ərazidə başlayan yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbi və ərazidə hər hansı xəsarət alanın olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı rəsmi məlumat daxil olduqca xəbər yenilənəcək.


Bu gün, 17:53
9