Ailə mübahisəsi zorakılıqla nəticələndi – Təqsirləndirilən şəxs cərimələndi

Ailə-məişət münaqişəsi zəminində həyat yoldaşına yüngül bədən xəsarətləri yetirməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökm çıxarıb.

Sumqayit.tv xəbər verir ki, hadisə 2026-cı ilin iyun ayında, Qurban bayramı ərəfəsində ailənin yaşadığı evdə baş verib.

Məhkəmə materiallarına əsasən, mübahisəyə qadının bayram münasibətilə Sumqayıt şəhərində yaşayan bacısının evinə qonaq getmək istəməsi səbəb olub. Tərəflər arasında yaranan mübahisə zamanı kişi həyat yoldaşının hər iki qoluna, döş qəfəsinə və sol ayaq nahiyəsinə zərbələr endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş qadının sol baldırının aşağı hissəsində dərialtı hematoma, döş qəfəsi, hər iki bazu və sol dirsək nahiyəsində qançırlar aşkarlanıb. Müəyyən edilib ki, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri hesab olunur.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bildiyini, hadisədən peşman olduğunu və həyat yoldaşı ilə barışdıqlarını deyib. Onun sözlərinə görə, mübahisədən sonra zərərçəkmiş qadın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "102" Xidmətinə müraciət edib.

Zərərçəkmiş qadın da ifadəsində həyat yoldaşı ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilərək 1200 manat məbləğində cərimə cəzasına məhkum edib.


6-07-2026, 16:25 56

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102