
Uzun illər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış Seyfəddin Rəhimov vəfat edib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Unikal məlumat yayıb.
Məlumata görə, sabiq icra məmuru 77 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Seyfəddin Rəhimov uzun illər Sumqayıt şəhərinin ictimai-siyasi həyatında fəal iştirak edib və icra hakimiyyətində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərərək şəhərin inkişafına töhfə verib.
Allah rəhmət eləsin.
Dünən, 23:23
50