
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. İlkin məlumata görə, Kia, Toyota və Mercedes markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır, qəzanın baş vermə səbəbi araşdırılır.//Şəmistan Fikrətli
Dünən, 22:33
10