
İngiltərə millisinin hücumçusu Harri Keyn futbol üzrə dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayına görə ölkə rekordunu təkrarlayıb.
Sumqayit.tv xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın 1/8 final mərhələsində Meksikaya qarşı keçirilən oyunda fərqlənərək pley-off mərhələlərindəki qol sayını 6-ya çatdırıb.
Bununla da Harri Keyn İngiltərə millisinin əfsanəvi hücumçusu Harri Linekerin rekorduna şərik olub. Lineker də dünya çempionatlarının pley-off oyunlarında 6 qol vurmuşdu.
Qeyd edək ki, Harri Keyn 85 qolla İngiltərə millisinin tarixində ən çox qol vuran futbolçudur. O, həmçinin 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında 6 qolla turnirin bombardiri olmuşdu.
Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir və turnir iyulun 19-da başa çatacaq.
Bu gün, 14:13
9