Bakı–Sumqayıt avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayit.tv xəbər veror ki, qəza "Lada", "KamAZ", "Chevrolet", "Ford" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Bununla yanaşı, əraziyə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri də göndərilib.
Qəza səbəbindən Bakı–Sumqayıt avtomobil yolunda nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 10:27
13