
2026-cı ilin yanvar–iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən ümumilikdə 5 milyon 464 min 9 sərnişin daşınıb.
Sumqayit.tv xəbər verir ki, ADY-nin yaydığı məlumata görə, daşınan sərnişinlərin 5,1 milyondan çoxu Abşeron dairəvi dəmir yolu marşrutu, yəni Bakı–Sumqayıt sürət qatarlarının payına düşüb.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir.
Qeyd edək ki, Bakı–Sumqayıt istiqamətində hərəkət edən sürət qatarları paytaxtla Sumqayıt arasında sərnişindaşımada ən çox istifadə olunan nəqliyyat vasitələrindən biri hesab olunur.
Bu gün, 11:22
10