Messi dünya çempionatında rekordları bir-bir yenilədi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da növbəti tarixi nailiyyətlərə imza ataraq dünya futbolu tarixində bir neçə rekordu yeniləyib.

Sumqayit.tv xəbər verir ki, Argentina yığmasının Misir millisinə qarşı keçirdiyi 1/8 final oyununda start heyətində meydana çıxan Messi dünya çempionatları tarixində 31-ci matçına çıxaraq həm kişi, həm də qadın futbolçular arasında bu göstəricidə mütləq rekordun sahibi olub.

Bununla da argentinalı ulduz indiyədək rekordu bölüşdüyü amerikalı sabiq futbolçu Kristine Lillyni geridə qoyub. Kişilər arasında isə ona ən yaxın göstərici 27 oyunla Cristiano Ronaldoya məxsusdur.

Messi eyni görüşdə dünya çempionatlarının final mərhələlərində ən çox penalti zərbəsi yerinə yetirən futbolçu adına da sahib çıxıb. Misirin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsi onun mundiallarda penalti nöqtəsindən vurduğu səkkizinci zərbə olub. Lakin təcrübəli hücumçu bu dəfə də fərqlənə bilməyib və mundiallarda vurduğu səkkiz penaltidən yalnız dördünü qola çevirə bilib.

Bununla yanaşı, Messi dünya çempionatları tarixində eyni turnirdə iki penalti qaçıran ilk futbolçu kimi də qeydə alınıb. O, bundan əvvəl qrup mərhələsində Avstriya ilə qarşılaşmada da penaltidən yararlana bilməmişdi.

Argentina millisinin lideri Misirlə oyunda məhsuldar ötürmə də verərək mundiallar tarixinin ən yaxşı assistenti adına yüksəlib. Onun müdafiəçi Cristian Romeroya etdiyi ötürmə dünya çempionatlarındakı doqquzuncu məhsuldar ötürməsi olub və bu göstərici yeni rekord sayılır.

Messi görüşdə vurduğu qolla dünya çempionatlarındakı qol sayını 21-ə çatdıraraq bu göstərici üzrə də öz rekordunu daha da möhkəmləndirib. Siyahıda ikinci pillədə 19 qolla Kylian Mbappé qərarlaşıb.

Təcrübəli hücumçu həmçinin dünya çempionatlarının pley-off mərhələsində ardıcıl altıncı oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Messi DÇ-2026-da indiyədək 8 qol vurub. Bu göstərici Gerd Müllerin 1970-ci il dünya çempionatında göstərdiyi yüksək məhsuldarlıqdan sonra bir mundialda qeydə alınan ən yaxşı nəticələrdən biri hesab olunur.


8-07-2026, 00:32 39

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Bu gün, 16:12
Bu gün, 15:09
Bu gün, 13:44
Bu gün, 10:35
Bu gün, 10:09
Dünən, 18:40
Dünən, 18:23
Dünən, 16:08
Dünən, 16:06
Dünən, 14:13
Dünən, 12:07
Dünən, 11:25
Dünən, 07:25
Dünən, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104