Parlament yeni cərimələri ilk oxunuşda təsdiqlədi

Milli Məclis kibertəhlükəsizlik, toxumçuluq və xarici valyuta əməliyyatları ilə bağlı qanunvericiliyə təklif edilən dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Sumqayit.tv xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, kibertəhlükəsizlik sahəsində normativ tələblərin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.

Layihəyə əsasən, informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməməsi, kiberinsidentlər barədə məlumatların vaxtında təqdim olunmaması, aidiyyəti qurumların sorğularının cavablandırılmaması və digər pozuntulara görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimələnəcək.

Bundan başqa, kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin müvafiq reyestrə daxil edilmədən fəaliyyət göstərməsinə görə də cərimələr nəzərdə tutulur. Bu halda vəzifəli şəxslər 1000–1500 manat, hüquqi şəxslər isə 1500–2500 manat məbləğində cərimə ediləcək.

Dəyişikliklər toxumçuluq sahəsini də əhatə edir. Qanunvericiliyin tələblərinə uyğun olmayan toxumların istehsalı, satışı, idxalı, ixracı, həmçinin qeydiyyatsız fəaliyyət və saxta məlumatların təqdim olunmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün yeni cərimələr müəyyənləşdirilir.

Layihədə xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunan və ölkəyə qaytarılması məcburi olan xarici valyuta vəsaitlərinin geri gətirilməməsinə görə tətbiq edilən cərimələrin də dəyişdirilməsi təklif olunur. Eyni zamanda, məhkəmə və ya səlahiyyətli orqan qərar qəbul etməzdən əvvəl həmin vəsait ölkəyə qaytarılarsa, inzibati məsuliyyətdən azadetmə nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisdə ilk oxunuşda qəbul edilib.


10-07-2026, 13:49 47

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095