
Sumqayıt şəhərində piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tv xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Opel Astra" markalı, 90-TJ-149 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən qadın piyadanı vurub. Bundan sonra sürücü avtomobili geriyə hərəkət etdirərkən "Toyota Land Cruiser" markalı, 90-SM-205 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.
İlkin məlumata görə, baş nahiyəsindən xəsarət alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bu gün, 14:09
5