Bağçalara qəbul davam edir: Bu il tətbiq olunan yeniliklər açıqlandı

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi davam edir. Bu il qəbul prosesində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi əsas yeniliklərdən biri hesab olunur.

Sumqayit.tv xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, yeni model çərçivəsində övladını özəl uşaq bağçasına yerləşdirən valideynlərə müəyyən qaydalar əsasında dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək. Bu dəstək aylıq təhsil haqqının bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına əsasən, 2025–2026-cı tədris ilində ümumi tutumu 1 384 yer olan 13 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu il ölkə üzrə 1 671 dövlət bağçasında fəaliyyət göstərən 6 605 qrup üzrə qəbulun aparılması planlaşdırılır.

Agentlik bildirir ki, Bakı, Sumqayıt və Abşeron kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə bağçalara qəbul zamanı yer çatışmazlığı müşahidə olunur. Problemin aradan qaldırılması məqsədilə icma əsaslı məktəbəqədər təhsil qrupları, ailə tipli təlim qrupları və dövlət-özəl tərəfdaşlığı layihələri tətbiq edilir.

Təhsil eksperti İlqar Orucovun sözlərinə görə, elektron qəbul sistemi şəffaflığı artırsa da, infrastrukturun mövcud tələbatı tam ödəməməsi əsas problemlərdən biri olaraq qalır. Ekspert hesab edir ki, xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində dövlət bağçalarında yer çatışmazlığı daha qabarıq hiss olunur.

Mütəxəssislər bildirirlər ki, dövlət bağçalarında yerlərin məhdud olması səbəbindən bir çox valideyn özəl bağçalara üz tutur. Lakin özəl məktəbəqədər təhsil müəssisələrində aylıq ödənişlər əsasən 350–400 manatdan başlayır, əlavə xidmətlərdən asılı olaraq 700–1000 manata, bəzi hallarda isə daha yüksək məbləğlərə çatır. Bu isə bir çox ailə üçün əlçatan hesab edilmir.


12-07-2026, 14:47 41

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098