
Futbol üzrə 2026-cı il dünya çempionatının son 1/4 final oyununda Argentina millisi İsveçrə üzərində qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.
Sumqayit.tv xəbər verir ki, Kanzas şəhərində keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib əlavə vaxtda müəyyənləşib.
Argentina yığmasının heyətində Aleksis Mak Allister 10-cu, Xulian Alvares 112-ci, Lautaro Martines isə 120+1-ci dəqiqədə fərqlənib. İsveçrənin yeganə qolunu 67-ci dəqiqədə Dan Ndoye vurub.
Beləliklə, 3:1 hesablı qələbə qazanan Argentina millisi dünya çempionatının yarımfinalına yüksələrək İngiltərə ilə qarşılaşmaq hüququ əldə edib.
Qeyd edək ki, digər yarımfinal cütlüyündə isə Fransa və İspaniya milliləri üz-üzə gələcəklər.
Bu gün, 12:46
8