Tovuz döyüşlərindən 6 il ötür – Zəfərə aparan yolun başlanğıcı

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində başlayan Tovuz döyüşlərindən altı il ötür.

Döyüşlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verib və bir neçə gün davam edib. Azərbaycan Ordusu düşmənin hücumlarının qarşısını qətiyyətlə alaraq strateji mövqeləri qoruyub və hər hansı ərazi itkisinə yol verməyib.

Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub. Ermənistanın atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam kənd sakini Əziz Əzizov da həyatını itirib.

Həmin günlərdə Azərbaycan cəmiyyətində güclü birlik və həmrəylik nümayiş etdirildi. Minlərlə insan Ordumuza dəstəyini ifadə edərək şəhidlərimizin xatirəsini ehtiramla yad etdi. Tovuz döyüşləri xalq-ordu birliyinin möhkəmlənməsində mühüm rol oynadı və sonradan başlayan 44 günlük Vətən müharibəsinə gedən yolun ən vacib mərhələlərindən biri kimi tarixə düşdü.

Bu gün Azərbaycan xalqı Tovuz döyüşlərində canından keçən qəhrəman şəhidlərimizi dərin hörmət və ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tutur.


12-07-2026, 00:16 60

Digər xəbərlər

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 15:09
Bu gün, 14:51
Bu gün, 14:11
Bu gün, 13:26
Bu gün, 12:55
Bu gün, 12:05
Bu gün, 10:52
Bu gün, 09:58
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 1102