Qəbul imtahanında 12 abituriyent mobil telefona görə imtahandan kənarlaşdırıldı

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları, eləcə də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə qəbul imtahanı keçirilib.

Sumqayit.tv xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Naxçıvan, Gəncə və digər şəhər və rayonlarda təşkil olunub.

DİM-in məlumatına görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib və bütün imtahan binalarında proses təlimata uyğun şəkildə keçirilib.

İlkin nəticələrə əsasən, 12 nəfərdə mobil telefon aşkar edilib və onlar imtahandan kənarlaşdırılıblar. Qayda pozuntusuna yol verən həmin abituriyentlərin müsabiqə nəticələri ləğv olunacaq və onlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bugünkü imtahanda ümumilikdə 36 356 abituriyentin iştirakı nəzərdə tutulurdu. Həmçinin 65 nəfər sağlamlıq imkanları məhdud abituriyent üçün xüsusi şərait yaradılıb.

DİM bildirib ki, iyulun 13-dən etibarən imtahan materiallarının emalına başlanılacaq. Açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin təxminən iki həftə sonra elan olunması planlaşdırılır. 


12-07-2026, 14:49 67

Digər xəbərlər

Zakir Fərəcov sakinlərlə görüş keçirdi – müraciətlər yerində dinlənildi

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirən böyük ürək sahibi — Mehriban Əliyeva

Sumqayıtda fəaliyyət göstərən institutda TƏYİNAT

Saray sakinlərindən 17 və 17A marşrutları ilə bağlı ŞİKAYƏT – avtobuslar 40-45 dəqiqə gecikir

Xırdalanda qanunsuz tikinti ilə bağlı təqsirləndirilən şəxsə bəraət verildi

Qarşıdan maşının gəldiyini görsə də dayanmağa səbri çatmadı - VİDEO

Sumqayıtda küçədə yaşlı qadının meyiti tapıldı

Mehriban Əliyevanın doğum günüdür

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 15:09
Bu gün, 14:51
Bu gün, 14:11
Bu gün, 13:26
Bu gün, 12:55
Bu gün, 12:05
Bu gün, 10:52
Bu gün, 09:58
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 1102