"Murov Qartalı" Raquf Orucovun doğum günüdür

Bu gün Aprel döyüşlərinin qəhrəmanlarından biri, "Murov Qartalı" kimi tanınan şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Yaşasaydı, qəhrəman zabit bu gün 54 yaşını qeyd edəcəkdi.

Sumqayit.tv xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi Raquf Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovun ailəsində anadan olub.

Ailənin ilk övladı olan Raquf Orucovun üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə sovet ordusunda hərbi xidmətə başlayan Raquf Orucov daha sonra Azərbaycan Ordusunun sıralarına qoşulub. Fərrux dağı və Aranzəmin istiqamətində gedən döyüşlər zamanı ayağından ağır qəlpə yarası alsa da, Vətənə xidmət yolundan dönməyib.

1993-cü ildə Ağdam rayonunun Cinli kəndinin işğalı zamanı anası Raya Orucova şəhid olub. Elə həmin il Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə sənəd versə də, bir il sonra həmin təhsil ocağına qəbul olunub. 1996-cı ildə məktəbi bitirdikdən sonra Bakıdakı hərbi hissələrdən birinə təyinat alsa da, ön cəbhədə xidmət etməyi seçərək Murovdağa yollanıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyət göstərib.

2016-cı ilin Aprel döyüşləri zamanı polkovnik-leytenant Raquf Orucov son döyüşünə qatılıb. Vətənin müdafiəsi uğrunda qəhrəmancasına vuruşan zabit ömrünün 26 ilini hərbi xidmətə həsr etdikdən sonra şəhidlik zirvəsinə ucalıb.

Aprelin 5-də şəhid polkovnik-leytenant Raquf Orucov Sumqayıt şəhərində minlərlə insanın iştirakı ilə son mənzilə yola salınıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin rəhbər heyəti, döyüş yoldaşları, şəhid ailələri və şəhər sakinləri iştirak ediblər.

Bu gün doğum günündə "Murov Qartalı" Raquf Orucovun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.


12-07-2026, 05:49 50

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104