Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci cəhdi keçirilir. Eyni zamanda III ixtisas qrupunun DT və TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə ikinci cəhd imtahanı da təşkil olunur.

Sumqayit.tv xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Naxçıvan, Gəncə və ölkənin digər şəhər və rayonlarında keçirilir.

İmtahan saat 10:00-da başlayıb. Saat 09:45-dən sonra imtahan binasına gələn iştirakçılar buraxılmayıblar. Abituriyentlərə buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlmək tövsiyə olunub.

İştirakçılar imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində fotoşəkli olmayan iştirakçılar isə təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli və möhürlə təsdiqlənmiş arayışı da özləri ilə gətirməlidirlər.

DİM-in məlumatına görə, imtahanların təşkili üçün ölkə üzrə 153 imtahan binası, 2 658 imtahan zalı ayrılıb. İmtahan prosesinə 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3 304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı və 153 bina nümayəndəsi cəlb olunub.

Bugünkü imtahanlarda ümumilikdə 36 356 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 24 997 nəfəri I ixtisas qrupu, 5 302 nəfəri IV ixtisas qrupu, 6 057 nəfəri isə III ixtisas qrupunun DT və TC altqrupları üzrə coğrafiya imtahanında iştirak edir.

Bundan əlavə, 65 nəfər sağlamlıq imkanları məhdud abituriyent üçün xüsusi şərait yaradılıb, onların rahat şəkildə imtahan verməsi məqsədilə xüsusi zallar və fərdi nəzarətçilər ayrılıb.


12-07-2026, 09:30 57

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098