ADY-də SİMA Pay-dan istifadə edən sərnişinlərin sayı 9 mini keçdi

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) tətbiq olunan SİMA Pay üztanıma ilə ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9 mini ötüb.

Sumqayit.tv xəbər verir ki, bu barədə ADY-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, artıq iki aydır Bakı və Sumqayıt dəmiryol vağzalları, eləcə də Koroğlu dayanacağında quraşdırılmış SİMA Pay sistemi turniketlərdən keçidi daha sürətli və rahat edib. İctimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq olunan bu rəqəmsal həll sayəsində sərnişinlər cəmi iki saniyə ərzində təhlükəsiz şəkildə keçid edə bilirlər.

Qeyd edək ki, SİMA Pay üztanıma ilə ödəniş sistemi bu il mayın 15-dən etibarən Azərbaycanın dəmir yolu nəqliyyatında istifadəyə verilib. Xidmətdən yararlanmaq istəyən sərnişinlər "ADY Mobile" tətbiqində "Üztanıma ilə keçin" bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

ADY-nin məlumatına görə, dünyanın aparıcı ölkələrində istifadə olunan Face Pay texnologiyasının Azərbaycanda SİMA Pay rəqəmsal ekosistemi ilə tətbiqi sərnişindaşımanın təhlükəsizliyini artırmaqla yanaşı, biometrik ödənişlərin genişlənməsinə, kartın itirilməsi və ya balansın tükənməsi kimi problemlərin aradan qaldırılmasına da imkan yaradır.


Bu gün, 16:07 6

Digər xəbərlər

Güclü dövlət, milli birlik və dəyişən dünyanın Azərbaycan həqiqətləri

Əliyev: Tramp sələflərindən fərqli olaraq sülhə çalışdı, Zəngəzur dəhlizinin vacibliyini anlayır

Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı

Sertifikatlaşdırmada ən yüksək nəticə bu fənn üzrə qeydə alınıb

ADY-də SİMA Pay-dan istifadə edən sərnişinlərin sayı 9 mini keçdi

FHN Sumqayıtda maarifləndirmə tədbiri keçirdi

Prezident: "Sumqayıtın ekoloji fəlakətə çevrilməsinin şahidi olmuşuq"

Əfsanəvi karateçi Rafael Ağayevə ağır itki-FOTO

Azərbaycanda 6 ayda 5,5 tona yaxın narkotik dövriyyədən çıxarıldı

Sumqayıtda mübahisə qanla bitdi: 58 yaşlı kişi bıçaqlandı

Sumqayıtda pensiyalar sabah ödəniləcək

Sumqayıtda bağlı qapı arxasında qalanlara FHN köməyə çatdı

Sumqayıt Bələdiyyəsi ilk yarımillik fəaliyyətinin hesabatını açıqlayıb

Səbinə Salmanova: Şuşa Qlobal Media Forumu Azərbaycanın həqiqətlərini dünyaya çatdıran mühüm platformadır

Sumqayıtlı məktəbli Azərbaycan fizika tarixində ilkə imza atdı

Sumqayıt deputatlarından diqqətçəkən etiraf: Kimə səs veriblər

Borçalı mahalının hörmətli ağbirçəyi Xeyransa Kərimovanın vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Sabah Sumqayıt çimərliklərində dəniz suyunun temperaturu 25 dərəcəyə çatacaq

Qəbul imtahanında 12 abituriyent mobil telefona görə imtahandan kənarlaşdırıldı

Bağçalara qəbul davam edir: Bu il tətbiq olunan yeniliklər açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1080
Bu gün, 16:50
Bu gün, 16:17
Bu gün, 16:17
Bu gün, 16:15
Bu gün, 16:07
Bu gün, 16:05
Bu gün, 15:59
Bu gün, 15:49
Bu gün, 15:38
Bu gün, 14:27
Bu gün, 13:38
Bu gün, 13:36
Bu gün, 13:32
Bu gün, 12:46
Dünən, 21:52
Dünən, 21:16
Dünən, 16:48
Dünən, 14:53
Dünən, 14:49
Dünən, 14:47
Dünən, 12:46
Dünən, 09:30
Dünən, 05:49
Dünən, 00:16
11-07-2026, 15:01
11-07-2026, 14:09
11-07-2026, 14:07
11-07-2026, 13:00
11-07-2026, 12:35
11-07-2026, 11:21
11-07-2026, 01:11
11-07-2026, 01:06
10-07-2026, 21:32
10-07-2026, 20:55
10-07-2026, 18:49
10-07-2026, 16:51
10-07-2026, 16:48
10-07-2026, 13:49
10-07-2026, 13:10
10-07-2026, 13:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1080