
Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək.
Sumqayit.tv xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında məlumat verib.
Spiker bildirib ki, iyulun 14-də baş tutacaq iclas növbədənkənar sessiyanın yekun iclası olacaq.
Qeyd edək ki, növbədənkənar sessiya çərçivəsində müxtəlif sahələri əhatə edən qanun layihələri müzakirə olunaraq qəbul edilib. İyulun 14-də keçiriləcək iclasla sessiyanın işi yekunlaşacaq.
Bu gün, 16:17
7