
Sumqayıt şəhərinin Saray bağları yaşayış massivində aparılan kanalizasiya çəkilişi işləri sakinlərin narazılığına səbəb olub.
Sumqayit.tv Oxu.az-a istinadən xəbər verir ki, Qurd dərəsi massivi, Ruhulla Axundov küçəsinin sakinləri evlərin kanalizasiya şəbəkəsinə qoşulması zamanı eyni yanaşmanın tətbiq edilmədiyini iddia edirlər.
Sakinlərin sözlərinə görə, bəzi ev və obyektlər qısa müddətdə kanalizasiya xəttinə qoşulduğu halda, digərləri uzun müddət növbə gözləməli olur.
Müraciətdə, həmçinin iddia edilir ki, kanalizasiya şəbəkəsinə qoşulmaq üçün bəzi ev sahiblərindən 1 000–1 500 manat, bəzi obyekt sahiblərindən isə daha yüksək məbləğdə qeyri-rəsmi ödəniş tələb olunur.
Sakinlər dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələri zamanı vətəndaşlardan qeyri-rəsmi ödəniş tələb olunması ilə bağlı məsələnin araşdırılmasını istəyirlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, qeyd olunan ərazidə görülən işlər vətəndaşlar tərəfindən həyata keçirilir və qurumun bu işlərlə heç bir əlaqəsi yoxdur.
Qurumdan verilən məlumata görə, buna baxmayaraq, məsələ araşdırılır.
Bu gün, 17:53
13