Əliyev: Tramp sələflərindən fərqli olaraq sülhə çalışdı, Zəngəzur dəhlizinin vacibliyini anlayır

 
Şuşada keçirilən IV Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursunun əvvəlki Amerika administrasiyalarından ciddi şəkildə fərqləndiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Trampın rəhbərlik etdiyi administrasiya Azərbaycan-Ermənistan sülh prosesində mühüm rol oynayıb və Zəngəzur dəhlizinin açılmasının zəruriliyini düzgün qiymətləndirib.

Sumqayit.tv xəbər verir ki, Prezident İlham Əliyev bildirib, Qarabağın işğalı dövründə ABŞ-ın əvvəlki administrasiyaları ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri ilə birlikdə münaqişəni həll etmək əvəzinə onu dondurmağa çalışırdı. Onun sözlərinə görə, həmin siyasətin məqsədi münaqişədən həm Azərbaycana, həm də müəyyən mənada Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi və həmsədr ölkələr bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərirdilər.

Dövlət başçısı qeyd edib ki, Donald Trampın yanaşması tamamilə fərqli olub. Əliyevin sözlərinə görə, Tramp dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olmasına çalışan siyasətçidir və bu, onun xarakterinə, eləcə də siyasi kursuna tam uyğundur.

Prezident vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları yekun mərhələyə çatanda Tramp və onun administrasiyası prosesdə mühüm rol oynayıb. O bildirib ki, ABŞ rəhbərliyi Azərbaycanın mövqeyini, eləcə də Zəngəzur dəhlizinin yaradılmasının vacibliyini tam anlayıb və Ermənistan rəhbərliyini sülhə razı salmaq istiqamətində təsirli diplomatik fəaliyyət göstərib.

İlham Əliyev qeyd edib ki, Bakı ilə İrəvan arasında sülhün əldə olunması region üçün yeni imkanlar açacaq. Onun sözlərinə görə, TRIPP marşrutu Donald Trampın adını daşıyır və layihə üzrə praktiki işlərə artıq bu il başlanacaq.

Prezident əlavə edib ki, bu layihənin həyata keçirilməsi Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. Dövlət başçısı göstərilən dəstəyə görə Trampın komandasına, o cümlədən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa və prosesdə iştirak edən digər şəxslərə təşəkkürünü ifadə edib.

İlham Əliyevin bu açıqlamaları ABŞ-ın region siyasəti, Azərbaycan-Ermənistan sülh prosesi və Zəngəzur dəhlizinin perspektivləri baxımından forumun ən diqqətçəkən mesajlarından biri kimi qiymətləndirilir./Musavat.com


13-07-2026, 16:17 55

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104