
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ölkənin müxtəlif bölgələrində fövqəladə hallarla bağlı davranış qaydalarının təbliği məqsədilə silsilə maarifləndirmə tədbirləri keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbirlər çərçivəsində FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində, həmçinin Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 14 nömrəli körpələr evi–uşaq bağçasında maarifləndirici görüşlər təşkil olunub.
Tədbirlərdə vətəndaşlara yanğın, zəlzələ və digər fövqəladə hallarda düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, FHN-in "112" qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Nazirlikdən bildirilib ki, maarifləndirmə tədbirlərinin əsas məqsədi əhalinin fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq, təhlükəsizlik mədəniyyətini formalaşdırmaq və mümkün risklər zamanı düzgün davranış vərdişlərini aşılamaqdır.
Bu gün, 16:05
6