
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyalarının ödənilməsini həyata keçirəcək.
Sumqayit.tv xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata əsasən, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay müəyyən edilmiş qrafikə uyğun olaraq ödəniləcək.
Bu gün, 13:38
8