Xəzərdə boğulmaların artmasının səbəbi nədir? – Ekspertdən açıqlama

Yay mövsümündə Xəzər dənizində qeydə alınan boğulma hadisələrinin sayı artır. Bu vəziyyətin səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri hadisələri hava şəraiti və təhlükəli ərazilərdə çimmə ilə əlaqələndirsə də, digər iddialara görə, dənizdən qumun daşınması nəticəsində yaranan dərinlik fərqləri riskləri artırır.

Mövzu ilə bağlı danışan ekoloq və bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev hesab edir ki, boğulma hallarının başlıca səbəbi insanların təhlükəsizlik qaydalarına laqeyd yanaşmasıdır.

Sumqayit.tv xəbər verir ki, ekspertin sözlərinə görə, qum daşınması problemi mövcud olsa da, bunu dənizdə baş verən faciələrin əsas səbəbi kimi göstərmək düzgün deyil.

Onun fikrincə, dənizdən qumun çıxarılması həm texniki baxımdan mürəkkəb prosesdir, həm də çıxarılan qumun istifadəsi məhduddur. Buna görə də boğulma hadisələrini birbaşa bu amillə əlaqələndirmək doğru yanaşma sayılmır.

Arzu Mustafayev diqqətə çatdırıb ki, son günlər havanın kəskin istiləşməsi də risk yaradan əsas faktorlardandır. Quru ilə dəniz suyu arasındakı temperatur fərqi, eləcə də suyun müxtəlif qatlarında yaranan istilik fərqləri insan orqanizminə mənfi təsir göstərə bilər. İsti havadan dərhal soyuq suya daxil olmaq bəzi hallarda əzələ qıcolmaları və digər sağlamlıq problemləri yaradır.

Ekspert həmçinin vurğulayıb ki, qadağan olunmuş ərazilərdə çimmək, spirtli içki qəbul etdikdən sonra suya girmək və üzmə bacarığını düzgün qiymətləndirməmək boğulma hallarının artmasına səbəb olan əsas amillər sırasındadır.

Onun sözlərinə görə, xüsusilə üzməyi zəif bacaran şəxslər ehtiyatlı olmalı, xilasedicilərin olmadığı və təhlükəli hesab edilən sahələrdən uzaq durmalıdırlar.

Qeyd edək ki, mütəxəssislər yay mövsümündə vətəndaşlara yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyi və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər.

Mənbə: Globalinfo.az


16-07-2026, 14:05 58

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098