Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

 

Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib.
Sumqayit.tv xəbər verir ki, generalın şəhid olmasının ildönümündə ziyarəti gerçəkləşdirən millət vəkili bununla bağlı bildirib ki, Polad Həşimovun ailəsi ilə görüşü onun həyatının unudulmaz anlarından biri olub.
"Milli Qəhrəmanımız Polad Həşimovun ailəsi ilə görüşüm yəqin ki, ömrümün unudulmaz səhifəsi olacaq. Həyat yoldaşı Ofelya xanım, gözəl övladları – Davud, Aybəniz və Teymurun nəzərlərindən Polad Həşimovun tərcümeyi-halının təfərrüatlarına varmaq, döyüş yolunun mərhələlərinə nəzər salmaq və general kimi xarakterini öyrənmək mənim üçün çox dəyərli idi.",- deyə E.Akimova qeyd edib.
Onun sözlərinə görə, Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova öz qüruru, müdrikliyi və nəcibliyi ilə əsl qəhrəman xanımı obrazını təcəssüm etdirir.
"Ofelya Salmanova əsl qəhrəman xanımıdır. Qürurlu, mütəvazi, dolğun, kübar və nəcib! Elə övladlarını da atalarının adına layiq böyüdür. Onların hamısının xatirələrində Polad Həşimov canlı, diri və işıqlıdır", – deyə Elnarə Akimova vurğulayıb.
Millət vəkili Həşimovlar ailəsində hökm sürən mənəvi mühiti də xüsusi qeyd edərək bildirib ki, bu ailədə halallıq, dürüstlük və yüksək mənəvi dəyərlər hər addımda hiss olunur:
"Ümumiyyətlə, qonağı olduğum Həşimovlar ailəsində halallığa tapınan, dürüstlüyü özünə meyar seçən ab-hava sezdim. Tək bu mənəvi ucalıq üçün nəinki yaşamağa, ölməyə belə dəyərdi! Hələ bu ölüm bütün xalqın and yerinə çevrilibsə, belə mübarək əbədiyyətə ancaq qibtə eləmək olar. Ruhun şad olsun, general!".

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


14-07-2026, 15:35 106

Digər xəbərlər

Əlil arabasında hərəkət edən sakin şikayət edir: “Bu yoldan keçmək mümkünsüzdür”-FOTO

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

Xaçmazda xəstə qadını öldürən şəxsin 19 illik həbs cəzası qüvvədə saxlanıldı

69 il – bir ömrün deyil, bir ömürlük dəyərin hekayəsi-FOTOLAR

Bakının köçürülməsi gündəmdə: Paytaxtın yükünü azaltmaq üçün yeni şəhər təklif olunur

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Bu gün, 10:35
Bu gün, 10:09
Dünən, 18:40
Dünən, 18:23
Dünən, 16:08
Dünən, 16:06
Dünən, 14:13
Dünən, 12:07
Dünən, 11:25
Dünən, 07:25
Dünən, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
25-08-2026, 12:29
25-08-2026, 12:25
25-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1104