17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Xaçmazda bacılarının qızı ilə sevgi münasibətində olan 17 yaşlı oğlana qarşı işgəncə verməkdə təqsirləndirilən iki qardaşla bağlı məhkəmə qərarı qüvvəyə minib.

Sumqayit.tv Qafqazinfo-a istinadən xəbər verir ki, hadisə ötən ilin sonunda Xaçmaz rayonunda baş verib.

İş materiallarına əsasən, 17 yaşlı oğlan qardaşların bacısının qızı ilə sevgi münasibətində olub. Hadisə günü yeniyetmə onların yaşadığı evin hasarına çıxarkən qızın dayısı onu görüb. Bundan sonra iki qardaş yeniyetməni tutaraq əl-qolunu kəndirlə bağlayıb.

Bildirilir ki, onlar yeniyetməni təxminən bir saat bağlı vəziyyətdə saxlayıb, döyərək müxtəlif bədən xəsarətləri yetiriblər. Həmçinin zərərçəkmiş şəxs bir müddət tualetdə saxlanılıb.

Araşdırma zamanı qardaşların qanunsuz azadlıqdan məhrumetmə cinayəti törətdikləri müəyyən edilib. Polis əməkdaşlarının müdaxiləsindən sonra onlar məsuliyyətə cəlb olunublar.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və onlar məhkəmə zalında həbs ediliblər.

Lakin sonradan işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə qardaşlardan birinin apellyasiya şikayətini qismən təmin edərək onun cəzasını şərti hesab edib və azadlığa buraxılması barədə qərar verib.

Qərarda təqsirləndirilən şəxsin səmimi peşman olması, səhhətində problemlərin mövcudluğu və himayəsində yaşlı valideynlərinin olması nəzərə alınıb.

Digər təqsirləndirilən şəxsin apellyasiya şikayəti isə təmin edilməyib və onun barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb.


15-07-2026, 18:02 52

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104