Prezident İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşüb-FOTO

 

Şuşada iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü keçirilib.

Sumqayit.tv xəbər verir ki, dövlət başçısı qonaqları salamlayaraq Slovakiya Prezidentini və onu müşayiət edən nümayəndə heyətini Qarabağda qəbul etməkdən məmnunluğunu ifadə edib.


Prezident İlham Əliyev ötən il Slovakiyaya rəsmi səfərini və həmin səfər çərçivəsində aparılan müzakirələri məmnunluqla xatırladaraq bildirib ki, iki ölkə arasında fəal siyasi dialoq davam edir. Onun sözlərinə görə, nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı Azərbaycan–Slovakiya münasibətlərinin inkişafına verilən önəmin göstəricisidir.


Dövlət başçısı qeyd edib ki, Qarabağda aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın əsas prioritetlərindən biridir. Bu baxımdan slovak şirkətlərinin həyata keçirilən layihələrdə iştirakı mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev görüş zamanı tərəflərin ikitərəfli gündəlikdə yer alan məsələləri müzakirə edəcəyini və səfərin əməkdaşlığın inkişafına əlavə töhfə verəcəyinə əminliyini bildirib.


Slovakiya Prezidenti Peter Pelleqrini isə dəvətə görə təşəkkür edərək, Şuşaya səfərdən məmnunluğunu ifadə edib. O, azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən genişmiqyaslı bərpa və infrastruktur layihələrinin onlarda böyük təəssürat yaratdığını vurğulayıb.


Peter Pelleqrini bildirib ki, Slovakiya şirkətlərinin Qarabağda həyata keçirilən layihələrdə iştirak etməsindən qürur duyurlar və gələcəkdə də bu əməkdaşlığın davam edəcəyinə ümid edirlər.


Görüşün geniş tərkibli hissəsindən sonra Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini qarşılıqlı hədiyyələr təqdim ediblər.

 

 

 

 


14-07-2026, 14:22 76

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104