Əfsanə ilə varis finalda: Messi və Yamalın hekayəsi gündəm oldu

2026 FIFA Dünya Çempionatında ikinci finalçının adına aydınlıq gəlib.

Sumqayit.tv xəbər verir ki, Argentina yarımfinalda İngiltərə üzərində 2:1 hesablı dramatik qələbə qazanaraq ardıcıl ikinci dəfə dünya çempionatının finalına vəsiqə əldə edib.

Atlanta şəhərində keçirilən qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İngiltərə 55-ci dəqiqədə Entoni Qordonun qolu ilə hesabda önə keçsə də, argentinalılar geri dönüş etməyi bacarıblar. 85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən dəqiq zərbə ilə hesabı bərabərləşdirib. Əlavə vaxtda isə Lionel Messinin məhsuldar ötürməsini Lautaro Martines qola çevirərək komandasına final biletini qazandırıb.

Beləliklə, iyulun 19-da keçiriləcək həlledici oyunda Argentina İspaniya ilə qarşılaşacaq.

Final öncəsi diqqət mərkəzində olan məqamlardan biri də Lionel Messi ilə İspaniya millisinin gənc ulduzu Lamin Yamal arasında yaşanacaq simvolik qarşıdurmadır. Son günlər yenidən gündəmə gələn və sosial şəbəkələrdə geniş yayılan fotoda 2007-ci ildə xeyriyyə layihəsi çərçivəsində gənc Lionel Messinin körpə Lamin Yamalı çimizdirdiyi görünür. İllər sonra həmin körpə futbolçu dünya çempionatının finalında Messinin rəqibi olacaq.

39 yaşlı Lionel Messi yarımfinalda da həlledici rol oynayıb. Təcrübəli futbolçu qələbə qolunun ötürməsini verərək komandasının finala yüksəlməsində mühüm pay sahibi olub.

Beləliklə, iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək final yalnız dünya çempionluğu uğrunda mübarizə deyil, həm də futbol tarixinin ən maraqlı və simvolik hekayələrindən birinə çevriləcək.



16-07-2026, 17:07 51

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098