Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt şəhərinin 19-cu məhəlləsində yerləşən obyekt sahibləri kanalizasiya sularının iş yerlərini basdığını bildirirlər.

Sakinlərin və sahibkarların Sumqayit.tv-yə verdiyi məlumata görə, hadisə iyulun 18-də saat 20:00 radələrində baş verib. İddialara əsasən, Heydər Əliyev prospekti ərazisində ADSEA əməkdaşları tərəfindən kanalizasiya xəttində aparılan işlər zamanı yaranan problem nəticəsində kanalizasiya suları ətrafdakı obyektlərə dolmağa başlayıb.

Müraciətdə bildirilir ki, hadisədən dərhal sonra aidiyyəti qurumla əlaqə saxlanılıb. Bir neçə saat sonra sahibkarlara problemin aradan qaldırılması istiqamətində iş aparıldığı bildirilsə də, gecə saatlarına qədər kanalizasiya sularının axınının dayanmadığı qeyd olunur.

Sahibkarların sözlərinə görə, yaranmış vəziyyət nəticəsində obyektlər su altında qalıb, fəaliyyətləri iflic olub və maddi zərər meydana gəlib.

Şikayətçilər hesab edirlər ki, problemin yaranmasına səbəb aparılan işlər zamanı yol verilən texniki nasazlıq və ya səhlənkarlıq ola bilər. Onlar vəziyyətin qısa zamanda aradan qaldırılmasını və dəymiş ziyanın qiymətləndirilməsini tələb edirlər.

Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün aidiyyəti quruma sorğu ünvanlanacaq.

Qeyd: Yazıda səsləndirilən fikirlər və hadisənin başvermə səbəbi ilə bağlı iddialar müraciət edən vətəndaşlara məxsusdur. Rəsmi qurumların mövqeyi təqdim olunduğu təqdirdə materiala əlavə ediləcək.

 

 


18-07-2026, 00:39 91

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098