Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıt şəhərinin Saray bağları (Bağlar) istiqamətində hərəkət edən 17 və 17A nömrəli marşrut avtobuslarından istifadə edən sakinlər nəqliyyat şəraiti ilə bağlı narazılıqlarını ifadə ediblər.

Sumqayit.tv Oxu.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən marşrutlarda uzun illərdir köhnə avtobuslardan istifadə olunur və bu vəziyyət sərnişinlər üçün ciddi narahatlıq yaradır.

Onlar bildirirlər ki, yol infrastrukturunun yararsız vəziyyətdə olması səbəbindən səfərlər normadan artıq vaxt aparır. Sakinlərin iddiasına görə, bəzi hallarda mənzil başına çatmaq üçün 45-50 dəqiqə, hətta bir saata yaxın vaxt sərf olunur.

Müraciətdə qeyd olunur ki, yolun asfalt örtüyü uzun illərdir bərpa edilməyib. Sakinlər hesab edirlər ki, marşrut xəttinə müasir avtobusların buraxılmamasının əsas səbəblərindən biri də məhz yolun mövcud vəziyyətidir.

Vətəndaşlar xüsusilə yaşlı insanların və sağlamlıq problemləri olan sərnişinlərin köhnə avtobuslarla yararsız yollarda hərəkət etməkdə çətinlik çəkdiklərini vurğulayıblar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Sumqayıt şəhərində ictimai nəqliyyat xidmətlərinin təhlükəsizlik və keyfiyyət baxımından yaxşılaşdırılması məqsədilə marşrut xətləri üzrə təhlil və optimallaşdırma işləri aparılır.

Qurumdan verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində 17 və 17A nömrəli marşrutlarla bağlı qaldırılan məsələyə də baxılacaq.


17-07-2026, 20:28 110

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098