Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

 

Dövlət İmtahan Mərkəzi (DİM) 5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini açıqlayıb.

Sumqayit.tv xəbər verir ki, imtahan nəticələrində Sumqayıt məktəblərinin məzunları xüsusi uğurları ilə diqqət çəkiblər.


Belə ki, II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə 690 bal toplayaraq ən yüksək nəticəni Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin məzunu Zamin Ramin oğlu Kərimov göstərib. O, qəbul imtahanının birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.


III ixtisas qrupu üzrə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əli Musa oğlu Məmmədzadə maksimum 400 bal nəticə göstərən abituriyentlər sırasında yer alıb. O, hər iki mərhələnin cəminə görə 689.6 bal toplayaraq III ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edən abituriyent olub.


Qeyd edək ki, II və III ixtisas qrupları üzrə keçirilən imtahanda ümumilikdə 41 min 623 abituriyent iştirak üçün qeydiyyatdan keçib. Onlardan 1182 nəfər imtahana qatılmayıb, 16 nəfərin isə qayda pozuntusuna yol verdiyi üçün nəticələri ləğv edilib.


DİM bildirib ki, nəticələr, cavab kartları və qiymətləndirmə meyarları ilə qurumun rəsmi internet səhifəsində tanış olmaq mümkündür.


Sumqayit.tv kollektivi olaraq yüksək nəticə göstərən sumqayıtlı abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində uğurlar arzulayırıq.


17-07-2026, 18:47 149

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098