Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin 11-24 noyabr tarixlərində Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir. 
Sumqayit.tv 
xəbər verir ki, COP29 zamanı görüləcək işlərə dair Agentlik tərəfindən hazırlanan Tədbirlər Planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.
İlkin mərhələdə cari ilin yanvar-mart aylarında Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu istiqamətdə maarifləndirilmə işləri aparılıb. Eyni zamanda sözügedən qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində aprel ayının 22-dən etibarən monitorinqlərin növbəti mərhələsinin keçirilməsinə başlanılıb. Belə ki, 53 ticarət və 50 ictimai iaşə olmaqla, ümumilikdə 103 müəssisədə monitorinqlər həyata keçirilib. Monitorinqlər çərçivəsində 50 ticarət və 43 ictimai iaşə olmaqla, 93 müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Nöqsanların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib.
Agentlik bildirir ki, Tədbirlər Planına uyğun olaraq, bu cür nəzarət tədbirlərinin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.
Qeyd edək ki, AQTA COP29-la bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tədbirdə qidalanmanın təşkili ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümümdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir.

25-04-2024, 15:14 198

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102