Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

Müəllim fədakar insandır, müəllimlik fəaliyyəti isə fədakarlıq nümunəsidir. Müəllim gənc nəsli tərbiyə edərək xalqın gələcəyinə işıq salan dahilər yetişdirən bir insandir.

Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. 

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Ulu öndər deyərdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". 

Hüseynova Təyyibə Yəhya qızı
Zəngilan rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsinə daxil olub, 1983-cü ildə isə həmin universiteti fərqlənmə ilə bitirib. İlk iş fəaliyyətinə 1983-cü ildə Sumqayıt Həmkarlar Təşkilatında başlayan Təyyibə Hüseynova 1988-1996-ci illərdə Sumqayıt Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 1996-cı ildə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. 2007-ci ildə isə vəzifəsində irəli çəkilərək, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub. Həmkarları onu yenilikçi, daim axtarış aparan, təcrübəli və yaradıcı bir pedaqoq kimi tanıyır.

Bacarıqlı pedaqoq, işgüzar, yorulmaq bilmədən çalışan bir təhsil işçisi kimi Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Təyyibə Hüseynova da işinin öhdəsindən layiqincə gəlir, təhsil sahəsində baş verən yenilikləri daim izləyir və bu yeniliklərin məktəbdə tətbiqinə çalışır. Öz işinə yüksək məsuliyyət hissi ilə yanaşan Təyyibə xanım idarəçilik sahəsində dərin nəzəri biliyi və təcrübəsi ilə yanaşı, geniş dünyagörüşə, güclü məntiqə, nəticələri təhlil etmək qabiliyyətinə, ümumiləşdirmək bacarığına malik müəllimlərdən biridir, nəcib və qayğıkeş bir insandır, şagirdlərinin və həmkarlarının sevimlisidir. Pedaqoji fəaliyyətlə yanaşı olaraq o, həm də ictimai işlərdə fəal iştirak edir, dövlətin təhsil sahəsindəki siyasətinin reallaşdırılması, təhsil islahatlarının həyata keçirilməsi və yeni pedaqoji təfəkkürün formalaşdırılması sahəsində bacardığı qədər səy göstərir.

Məhz bunun nəticəsidir ki, Təyyibə Hüseynova Prezident İlham Əliyev tərəfindən "Heydər Əliyevin 100 illiyi(1923-2023)" yubiley medalı ilə təltif edilib.

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

T.Hüseynovanı bu münasibətlə təbrik edir, yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Yusif Oğuz

26-04-2024, 12:05 305

Digər xəbərlər

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

Deputat Elnarə Akimova şəhid və qazi ailələrini ziyarət etdi-VİDEO/FOTO

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Dünən, 19:38
Dünən, 16:55
Dünən, 14:05
Dünən, 10:27
Dünən, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1067