Arvadından şübhələnən kişi Sumqayıta getmək adı ilə evdən çıxıb GÖRÜN NƏ ETDİ



Xızı rayonunda 1983-cü il təvəllüdlü Cabbar ailə münaqişəsi zəminində arvadı Lətafətə (adlar şərti verilib.) xəsarət yetirib.

Sumqayit.tv Teleqraf.com-a istinadən bildirir ki, hadisə 9 iyul 2020-ci ildə rayonun Altıağac qəsəbəsində baş verib. Cabbar həmin gün gecə yaşadıqları evdə mübahisə nəticəsində Lətafətə şillə və yumruqla vurub.

İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cabbar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Xızının Altıağac qəsəbəsində kirayədə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur: "Təxminən 2020-ci ilin iyulun əvvəllərindən başlayaraq gecələr evdə yatarkən arvadım yuxuda "Kənan, qoy Cabbar şəhərə getsin, çağıracam səni, gələrsən" və sair bu kimi sözlər sayıqladığını eşitdim. Bu səbəbdən məndə şübhələr yarandığından arvadıma hara getdiyi, kimlərlə münasibətdə olduğu barədə suallar verdim. Arvadım da yuxuda olduğunu hiss etmədən mənimlə danışdı.

Kənan adlı şəxslə necə və hansı şəraitdə görüşdüyünü mənə bildirdi. Bu hal bir neçə dəfə təkrarlandığı üçün arvadımdan şübhələnməyə başladım. Bunu yoxlamaq məqsədilə iyulun 9-da, saat təxminən 17.00-da Lətafətə Sumqayıt şəhərinə gedəcəyimi bildirdim. Evdən çıxdım və kirayə yaşadığım evin həyətini görmək üçün dağlıq əraziyə qalxdım. Oradan həyəti güdməyə başladım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, evdən çıxandan bir müddət sonra Lərafət ona zəng edib və harada olduğunu soruşub: "Mən də karantin postunu rahatlıqla keçdiyimi və artıq Sumqayıt şəhərində olduğumu bildirdim. Təxminən bir neçə saat sonra Lərafətin uşaqlarla birlikdə evdən çıxdığını, qızım Nərgizin telefon fənərini qapının kilidinə tutduğunu, Lətafətin isə qapını kilidlədiyini gördüm. Bundan sonra arvadım telefonu qızından aldı, fənərlə kiməsə işarə verdiyini və daha sonra özünü uşaqların yanına çatdırıb, birlikdə atam Əligilə tərəf getdiklərini gördüm".

Cabbar qeyd edib ki, daha sonra yavaş-yavaş evə yaxınlaşıb, həyətlərinə 30-40 metr qalmış həmkəndlisi Kənanın onların evinin qarşısındakı həyətə keçdiyini görüb: "Bu zaman Kənanın telefonla kiməsə "həyətinizdə adam var" dediyini eşitdim. Kənanı tutmaq üçün çəpərdən həyətə tullandım. Lakin ona qədər artıq Kənan duyuq düşdü və qaçdı. Onu tuta bilmədim.

Bundan sonra atam evinə getdim. Qardaşım Camala baş verənləri danışdım, Kənanla görüşməyi tapşırdım. Sonra arvadımı götürdüm, kirayə qaldığımız evə qayıtdım".

Cabbar deyib ki, Lətafətlə evə qayıdandan sonra ona artıq hər şeyi bildiyini, Kənanla görüşməsindən xəbəriolduğunu, bundan sonra daha onunla yaşamaq istəmədiyini deyib: "Arvadımdan hər şeyi etiraf etməsini tələb etdim. Kənanla son bir ildir görüşdüyünü, aralarında iki dəfə intim münasibət olduğunu, "Cənnət Bağı" İstirahət Mərkəzində işlədiyi zaman isə orada İbad adlı şəxslə üç dəfə intim münasibətə girdiyini bildirdi. Lətafətin bütün bu etiraflarını səs yazısına aldım və gecə saat 3-4 radələrində qayınanamla qayınatamın, qaynımı, həmçinin öz valideynlərimi məsələdən agah olmaları üçün evə çağırdım. Lətafət özünün və mənim valideynlərimi görəndən sonra səs-küy salmağa başladı. Ona şər atılmasını bildirdi.

Mən də arvadımın bu hərəkətindən əsəbiləşdim, onun sifət və bədən nahiyələrinə bir neçə dəfə şillə-yumruq vurdum. Hər ikimizin valideynləri evlərinə getdi. Biz isə birlikdə kirayə yaşadığımız evdə qaldıq".

Cabbarın ifadəsinə görə, səhəri günü arvadı baş verənlər barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib və məlumat verib. O, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, habelə zərərçəkmiş şəxs olan arvadı ilə barışdığını və arvadının ona qarşı şikayəti olmamasının nəzərə alınmasını istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Lətafətin sözlərinə görə, iyulun 9-da saat 17.00-da əri Cabbar şəxsi işləri ilə əlaqədar Xızı şəhərinə, daha sonra xüsusi karantin postundan keçə bilsə, Sumqayıta gedəcəyini deyib, sonra evdən çıxıb: "Bundan sonra təxminən 17.30-da Cabbara yenidən zəng etdim. Cabbar gecə Sumqayıt şəhərində qalacağını və buna görə də axşam uşaqları da götürərək anasıgilə getməyimi tapşırdı. Həmin gün axşama kimi kirayə tutduğumuz evdə oldum. Evdə qaz olmadığına görə saat 21 radələrində uşaqları da götürdüm və qayınanamgilə getdim".

Zərərçəkmiş şəxsin sözlərinə görə, təxminən saat 23 radələrində əri Cabbar da həmin evə gəlib: "Cabbar hər hansı bir səbəb göstərmədən əlimdən tutaraq bayıra dartdı və birlikdə kirayə tutduğumuz evə gəldik. Evə girəndən sonra Cabbar məndən niyə evdən çıxanda dağlara tərəf işıq tutmaqla, işarə verdiyimi soruşdu. Mən də heç kimə işarə etmədiyimi, sadəcə evdən çıxanda həyətin işığı olmadığına görə telefonun fənərini yandıraraq qapının kilidinə baxdığımı bildirdim. Lakin Cabbar mənə inanmadı və pozğunluq etdiyimi israrla dedi".

Lətafətin sözlərinə görə, Cabbar inadla ondan "kimdir o münasibətdə olduğun" deyə soruşub: "Mən də belə bir hadisənin olmadığını izah etməyə çalışdım. Beləcə, təxminən on dəfədən çox Cabbar məndən eyni şeyi soruşdu. Məni hədələməyə başladı. Məcbur olaraq yalandan "hə, olub" deyə bildirdim. Cabbar tez telefonunu götürərək səsimi yazmağa başladı. Bütün bunlar baş verəndən sonra Cabbar həm mənim valideynlərimi, həm də öz valideynlərini kirayə yaşadığımız evə çağırdı.

Valideynlərim gəldikdən sonra onlara baş verənləri danışaraq, Cabbarın məni şərlədiyini və heç kimlə münasibətimin olmadığını bildirdim. Bu zaman Cabbar üstümə gəldi, bir neçə dəfə şillə və yumruqla sifətimə, bədənimin müxtəlif nahiyələrinə vurdu".

Bu cinayət işinə Xızı rayon Məhkəməsinə baxılıb. Cabbar hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 22 gün müddətə islah işləri cəzasına məhkum olunub.


26-04-2024, 12:18 321

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964