Əflatun Amaşov Elçin Quliyevi tədbir görməyə çağırdı


"Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir".

Sumqayit.tv xəbər verir ki, bu sətirlər Azərbaycan Mətbuat Şurasının məlum hadisə ilə bağlı yaydığı bəyanatdandır.

MŞ bildirir ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır: "Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır".
Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır.
Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir.


2-12-2021, 12:40 184

Digər xəbərlər

Zakir Fərəcov şəhər sakinləri ilə görüş kecirib– FOTO

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard”la ödənişində yaranmış problem yaxın günlərdə həllini tapacaq

"Karvan" Ticarət Mərkəzindən maddi ziyan tələb edilir

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən debat turniri sona çatıbFOTO

Əməkdaşlığımız möhkəmlənir

Arvadından şübhələnən kişi Sumqayıta getmək adı ilə evdən çıxıb GÖRÜN NƏ ETDİ

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib

Azərbaycanda general vəfat etdi

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Nəsib Quliyevin yasına gələnlər NƏLƏR danışdı? - övladları və xanımı yasda İŞTİRAK ETMƏDİVİDEO

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

TƏCİLİ! Bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yekun vurulacaq

Ötən il Sumqayıtdakı şadlıq saraylarının birində qardaşını və arvadını öldürmək istəyən şəxsin məhkəmə iclası yenidən başlayıb

Sumqayıtda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

Sumqayıt məktəblilərindən YENİ KƏŞF – Xilasetmə robotu hazırladılar – FOTO

Sumqayıtda yol hərəkəti qaydalarını pozan 196 piyada cərimə olunub-Foto/Video

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 840
Bu gün, 17:43
Bu gün, 17:25
Bu gün, 12:27
Bu gün, 12:21
Bu gün, 12:19
Bu gün, 12:18
Bu gün, 12:05
Bu gün, 11:59
Bu gün, 11:26
Bu gün, 11:24
Bu gün, 11:16
Bu gün, 11:11
Bu gün, 11:05
Bu gün, 11:00
Bu gün, 10:57
Bu gün, 10:55
Bu gün, 09:00
Dünən, 15:37
Dünən, 15:14
Dünən, 12:03
Dünən, 11:57
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:47
Dünən, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 840