Qardaşına "intihar et" tövsiyəsi verən Kaqanoviç – Stalinin silahdaşı əzizini xilas edə bilməyib


SSRİ Xalq Komissarları Sovetinin binasının (Nazirlər Sovetinin) tualetində eşidilən atəş səsi, hökumət binasındakı intihar hadisəsi çoxlarını təəccübləndirsə də, intihar edən şəxsin qardaşı Lazar Kaqanoviç üçün bu hadisə gözlənilən olub. Bəzi mənbələrə görə, Lazar Kaqanoviç qardaşı Mixail Kaqanoviçə özünü güllələməyi özü məsləhət verib və fikrini belə əsaslandırıb:
“İntihar edəcəyin halda heç olmasa sənin ailənə pensiya veriləcək. Həbsxanaya, yaxud sürgünə göndərilsən, ailən xalq düşməni ailəsi kimi incidiləcək, indi seçim sənin öz əlindədir...”
Əslində Lazar Kaqanoviçin də qardaşı ilə bağlı qərar verməkdə başqa seçimi qalmayıb. Kiçik qardaş böyük qardaşının xilası üçün bütün mümkün variantlardan istifadə edib, amma heç bir müsbət nəticə əldə etmək mümkün olmayıb.
Maraqlıdır, sovet-alman müharibəsinin başlanmasından bir həftə sonra Kaqanoviç qardaşlarının həyatında hansı problemlər yaşanıb?
Heç bir ali, hətta üçillik ibtidai təhsili olmayan Mixail Kaqanoviç kiçik qardaşı Lazar Kaqanoviçin dəstəyi ilə vəzifə pillələrində sürətlə irəliləyib, nazir kürsüsünə sahib olub. 1988-ci ildə Kiyevdə anadan olan Mixail Kaqanoviç usta yanında dəmirçi peşəsini öyrəndikdən sonra ilk əmək fəaliyyətinə də elə dəmirçi köməkçisi kimi başlayıb. Gənclik illərindən bolşevik hərəkatına qoşulan Mixail Kaqanoviç siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs olunub.
kjy.jpg (42 KB)
Sovet hakimiyyəti qurulduqadan sonra Mixail Kaqanoviç Çerniqovda, Nijeqorodda partiya orqanlarında çalışıb, 1923-1927-ci illərdə Nijeqorod sovetinin sədri vəzifəsində işləyib.
1928-ci ildə Mixail Kaqanoviç Lazar Kaqanoviçin köməkliyi ilə Moskvaya gəlib və Fəhlə-kəndli Müfttişliyi Komissarlığında işə düzəlib. Qardaşının sayəsində vəzifələrini üzüyuxarı tez-tez dəyişən Mixail Kaqanoviç 1932-ci ildə ağır sənaye komissarının (nazirinin) müavini, sonra komissar, daha sonra isə yeni yaradılmış SSRİ Müdafiə Sənayesi Komissarlığında komissar vəzifəsinə təyinat alıb.
Mixail Kaqanoviçin komissar kimi fəaliyyəti heç vaxt müsbət xarakterizə edilməyib. Komissarlığın baş idarə rəislərindən biri olan Vasili Yemelyanov öz xatirələrində Kaqanoviç haqqında yazıb:
“Mixail Kaqanoviç komissar vəzifəsində olarkən onun bütün işlərini müavinləri, idarə rəisləri görürdü. O, rəhbərlik etdiyi sahə ilə bağlı heç bir təşəbbüs, təklif vermək imkanında deyildi. Çünki bu sahədə elementar bilgiləri yox idi. Kaqanoviç özünü işgüzar göstərmək üçün yalnız qışqırmağı bacarırdı. Bir də bir neçə elmi termin əzbərləmişdi, səsinin tonunu qaldıraraq tez-tez onları təkrar edirdi. Kaqanoviç olduqca kobud bir şəxs idi. Bu kobudluq nəticəsində komissarlıqda gestapo rejimi hökm sürürdü. İşimizdə isə heç bir müsbət göstərici yox idi. Planı yerinə yetirə bilmirdik. Bu, ona çox da təsir etmirdi. Çünki yuxarıda Lazar Kaqanoviç var idi...”
images.jpg (59 KB)
Amma Mixail Kaqanoviçin yuxarılara arxayın olmasının da sonu çatıb. 1939-cu ildə Müdafiə Sənayesi Komissarlığından aviasiya sənayesini ayıraraq ayrıca Aviasiya Sənayesi Komissarlığı yaradılanda, Mixail Kaqanoviçin komissar vəzifəsindən çıxarılması məsələsi qalxıb. Bu dəfə də Lazar Kaqanoviç Stalindən qardaşının xahişi edərək onu yeni quruma, Aviasiya Sənayesi Komissarlığına rəhbər təyin etdirə bilib. Amma bir il keçməmiş Xalq Komissarları Sovetinin iclasında Mixail Kaqanoviç Stalinin tənqidinə məruz qalıb. Stalin çıxışının sonunda “Kaqanoviç pis işləyir” ifadəsini işlətməklə onu vəzifəsindən uzaqlaşdırıb.
Komissar vəzifəsindən çıxarılan Mixail Kaqanoviç 1940-cı ildə Kazanda aviasiya zavoduna direktor təyin edilib. O, bu vəzifədə də çox qala bilməyib.
1941-ci ilin yayında Stalin Lazar Kaqanoviçi yanına çağıraraq bəzi mətləblərdən onu agah edib. Həmin görüşdə Vyaçeslav Molotov da iştirakçı olub. Stalin Lazar Kaqanoviçlə bu mövzuda söhbət etdiyindən təəssüfləndiyini bildirib:
223.jpg (381 KB)
“Lazar Moiseyeviç, mən sizi məyus etmək məcburiyyətindəyəm və buna görə çox təəssüflənirəm. Sizin qardaşınız Mixail Kaqanoviç bir qrup adamla antisovet fəaliyyətdə ittiham olunur. Bunu təsdiq edən şəxslər də var. Odur ki, lazımi tədbirlərin həyata keçirilməsi qaçılmazdır. İnanmaq istəyirəm ki, qardaşınızın antisovet fəaliyyətində sizin heç bir rolunuz yoxdur...”
667.jpg (26 KB)
Stalin tərəfindən gözlənilməz olan bu ifadələr Lazar Kaqanoviçi çətin duruma salıb. Molotovun müdaxiləsi isə Kaqanoviçin vəziyyətini daha da ağırlaşdırıb: “Siz 200 faiz stalinçisiniz. Amma təəssüflər olsun ki, bu faizlərdən qardaşınıza düşməyib...”
Kaqanoviç yaxşı anlayıb ki, məsələ əvvəlcədən Stalinlə Molotov arasında müzakirə olunub və artıq qərar da qəbul edilib. Amma buna baxmayaraq, o, qardaşını xilas etməyə cəhd edib:
“Yoldaş Stalin, Mixail Kaqanoviç əsl partiyaçıdır və sizə sadiqdir. O, heç vaxt belə bir addım ata bilməz. Mən buna inana bilmirəm. Bu böhtandır. Xahiş edirəm üzləşmə aparılsın...”
Stalin Kaqanoviçin təklifini qəbul edib. Səhərisi gün Malenkov, Mikoyan və Beriyanın iştirakı ilə üzləşmə aparılıb. Mixail Kaqanoviçi vətənə xəyanətdə, xarici kəşfiyyata işləməkdə ittiham edən öz keçmiş müavini Boris Vannikov üzləşməyə çağrılıb. O, Kaqanoviçin əleyhinə ifadələr verəndə Mixaail Kaqanoviç əsəblərinə hakim kəsilə bilməyib, Vannikovun üstünə cumub və üzləşmədə iştirak edənləri yaramaz, alçaq və şərəfsiz adalndırıb.
Elə həmin gün, 1 iyul 1941-ci ildə Xalq Komissarları Sovetində müdafiə sənayesi ilə bağlı müşavirə keçirilib. Zavod direktoru kimi Mixail Kaqanoviçin işi tənqid olunub, planı yerinə yetirə bilməyəcəyi halda ciddi cəzalandırılacağı barədə xəbərdarlıq edilib.
Müşavirənin gedişi zamanı Mixail Kaqanoviç zalı tərk edərək hökumət binasının tualetində silahından atəş açaraq intihar edib. Həmin günün axşamı isə Lazar Kaqanoviç Stalindən qardaşı Mixialin Novodeviçye qəbirstanlığında dəfn olunmasını xahiş edib.
Stalin ən yaxın silahdaşlarından biri olan Lazar Kaqanoviçin bu xahişini də yerinə yetirib. 52 yaşlı Mixail Kaqanoviç Novodeviçye qəbirstanlığında dəfn edilib.
kaganovich_mm.jpg (194 KB)
Bu hadisədən çox keçməmiş Lavrenti Beriya Mixail Kaqanoviç haqqında Stalinə geniş arayış təqdim edib, onun heç bir antisovet fəaliyyətinin olmadığını göstərib. Bu arayışdan sonra Mixail Kaqanoviçin əlindən alındığı mənzil yenidən onun ailəsinə qaytarılıb və həyat yoldaşına yüksək pensiya təyin edilib.
Musavat.com

28-07-2021, 13:39 211

Digər xəbərlər

Zakir Fərəcov şəhər sakinləri ilə görüş kecirib– FOTO

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard”la ödənişində yaranmış problem yaxın günlərdə həllini tapacaq

"Karvan" Ticarət Mərkəzindən maddi ziyan tələb edilir

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən debat turniri sona çatıbFOTO

Əməkdaşlığımız möhkəmlənir

Arvadından şübhələnən kişi Sumqayıta getmək adı ilə evdən çıxıb GÖRÜN NƏ ETDİ

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib

Azərbaycanda general vəfat etdi

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Nəsib Quliyevin yasına gələnlər NƏLƏR danışdı? - övladları və xanımı yasda İŞTİRAK ETMƏDİVİDEO

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

TƏCİLİ! Bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yekun vurulacaq

Ötən il Sumqayıtdakı şadlıq saraylarının birində qardaşını və arvadını öldürmək istəyən şəxsin məhkəmə iclası yenidən başlayıb

Sumqayıtda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

Sumqayıt məktəblilərindən YENİ KƏŞF – Xilasetmə robotu hazırladılar – FOTO

Sumqayıtda yol hərəkəti qaydalarını pozan 196 piyada cərimə olunub-Foto/Video

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 840
Dünən, 17:43
Dünən, 17:25
Dünən, 12:27
Dünən, 12:21
Dünən, 12:19
Dünən, 12:18
Dünən, 12:05
Dünən, 11:59
Dünən, 11:26
Dünən, 11:24
Dünən, 11:16
Dünən, 11:11
Dünən, 11:05
Dünən, 11:00
Dünən, 10:57
Dünən, 10:55
Dünən, 09:00
25-04-2024, 15:37
25-04-2024, 15:14
25-04-2024, 12:03
25-04-2024, 11:57
25-04-2024, 11:55
25-04-2024, 11:53
25-04-2024, 11:47
25-04-2024, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 840