Kəmaləddin Heydərov Sultan bin Saad Al-Mureyxi ilə görüşüb


7 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sumqayit.tv xəbər verir ki, görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycan və Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu xatırladaraq, bunun əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirib.
Nazir, həmçinin, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması, bu müddətdə şəhər və kəndlərimizin viran qoyulması, 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən ərazilərimizin işğaldan azad olunması, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə geniş məlumat verib. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin təbii sərvətlərə, o cümlədən böyük turizm potensialına malik olduğunu qeyd edən K.Heydərov Qətər iş adamları, biznes dairələri və sərmayəçilərini buraya sərmayə yatırmağa dəvət edib.
Sonra nazir K.Heydərov həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra nazir qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, 2014-cü ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"dən söz açıb, iki ölkənin müvafiq qurumları arasındakı səmərəli əməkdaşlıqdan danışıb.
Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi görüşə görə təşəkkürünü bildirib, Qətər Dövlətinin xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Kəmaləddin Heydərovun diqqətinə çatdırıb. Azərbaycanla Qətər arasında əməkdaşlığın geniş potensialından bəhs edən dövlət naziri, həmçinin, iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.  
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

8-09-2021, 11:58 130

Digər xəbərlər

Zakir Fərəcov şəhər sakinləri ilə görüş kecirib– FOTO

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard”la ödənişində yaranmış problem yaxın günlərdə həllini tapacaq

"Karvan" Ticarət Mərkəzindən maddi ziyan tələb edilir

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən debat turniri sona çatıbFOTO

Əməkdaşlığımız möhkəmlənir

Arvadından şübhələnən kişi Sumqayıta getmək adı ilə evdən çıxıb GÖRÜN NƏ ETDİ

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib

Azərbaycanda general vəfat etdi

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Nəsib Quliyevin yasına gələnlər NƏLƏR danışdı? - övladları və xanımı yasda İŞTİRAK ETMƏDİVİDEO

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

TƏCİLİ! Bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yekun vurulacaq

Ötən il Sumqayıtdakı şadlıq saraylarının birində qardaşını və arvadını öldürmək istəyən şəxsin məhkəmə iclası yenidən başlayıb

Sumqayıtda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

Sumqayıt məktəblilərindən YENİ KƏŞF – Xilasetmə robotu hazırladılar – FOTO

Sumqayıtda yol hərəkəti qaydalarını pozan 196 piyada cərimə olunub-Foto/Video

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 840
Bu gün, 17:43
Bu gün, 17:25
Bu gün, 12:27
Bu gün, 12:21
Bu gün, 12:19
Bu gün, 12:18
Bu gün, 12:05
Bu gün, 11:59
Bu gün, 11:26
Bu gün, 11:24
Bu gün, 11:16
Bu gün, 11:11
Bu gün, 11:05
Bu gün, 11:00
Bu gün, 10:57
Bu gün, 10:55
Bu gün, 09:00
Dünən, 15:37
Dünən, 15:14
Dünən, 12:03
Dünən, 11:57
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:47
Dünən, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 840