Sumqayit.tv Olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində Əməkdar artist Könül Kərimova deyib.
O, qalmaqal yaşayan şou-biznes nümayəndələrini tənqid edib. Həmçinin, Kərimova müğənnilər Damla, Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, Nəfəs və Zeynəb Həsəni haqda da danışıb:
“Onların bir qüsurları var ki, dəyişmirlər. 22 ildir ki, Cabbar Musayevlə çalışırıq. Amma başqaları ilə də əməkdaşlıq edirik. Qızlarım, “mama” sizə qurban! Bir az dəyişin. Sizin bazanız var. Bu qızlar arasında o qədər gözəl səs diapozonu olanlar var.
Elə sənətkar bildiyimiz insanlar var ki, qüsurlu oxuyur. Kim bilər ki, həmin qızlar illər sonra öz sözünü deyə bilməyəcək? Əsl sənətkar təmbehini kənardan etsin. Çıxıb efirdən təhqir edirlər. Özüm əlacım olsa, efirdən kənar saçlarından tutub silkələyərəm. Sakitcə başlarını aşağı salıb işlərini görürlər”.