Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliyinə doğru Birləşmiş Ştatlar raketləri ilə zərbələrə icazə verməsi müharibənin miqyasını genişləndirə bilər.
Sumqayit.tv xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz bu qərarı nə düzgün hesab edirik, nə də təsdiqləyirik. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri bunun daha çox silah, qan və göz yaşı ilə yox, sülh səyləri, xoşməramlılıq və diplomatiya ilə bitə biləcəyini düşünürük. İndi müharibəni alovlandırmaq və heç vaxt bitməməsini, hətta yayılmasını təmin etmək üçün bir həmlə kimi şərh edilə bilən bir addım cənab Baydendən gəldi.
Onun bu addımı nəinki münaqişəni gərginləşdirəcək, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq. Cənab Putin ölkəsinin ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı da təsdiqləyib. Bütün bunlar region və dünyanı yeni və böyük müharibənin astanasına gətirə bilər. “Məndən sonra tufan qopsun” anlayışı ilə heç yerə gedə bilməzsən”, - Türkiyə lideri vurğulayıb.
Prezident Ərdoğan Kiyev və Moskvadan gözləntilərini də açıqlayıb:
“Bizim gözləntimiz və arzumuz odur ki, Ukrayna və Rusiya təxribatlara boyun əymədən, sakitliyi qoruyub saxlasınlar, sülhə diqqət etsinlər. Bu böyük səhvin əsasında yaradılan zəmində ən kiçik səhv və təxribatlara qapılmaq barıt çəlləyinə od atmaq kimi olacaq. Ona görə də hər kəsə diqqətli olmağı tövsiyə edirəm”. //Teleqraf.com

21-11-2024, 10:53 100

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086